Bilik xəzinədir, onun açarı sualdır. Bilmədiyiniz şeyi soruşun ki, Allah sizə öz rəhmətini əta etsin. Çünki, sual soruşmaqla dörd nəfərə savab verilər: soruşana, cavab verənə, eşidənə və onları dost sayana.
Kim ki, evdən elm dalınca çıxır, o qayıdana qədər Allah yolundadır. Kim ki, elm dalınca gedir, Allah onun cənnət yolunu asanlaşdırır; mələklər onu qanadları altına alaraq, bu yoldakı bəlalardan qoruyur.
Kim ki, elmi körpəlikdən öyrənir, onun elm öyrənməyi daş üzərində yazı yazmağa oxşayır, kim ki, yaslı vaxtında öyrənməyə başlayır, bu su səthində yazmağa oxşayır.Şey və istedad. Əgər heç biri yoxdursa – əzəmət yoxdur. Birləşdikdə - valehedici olurlar. Səy göstərən adi adam, səy göstərməyən istedadlı adamdan daha çox şeyə nail olur. Şöhrət ciddi əmək hesabına qazanılır. Asanlıqla basa gələn şey yüksək qiymətləndirilə bilməz...
Öyrəniləsi şeylər həddindən artıq çox, insan həyatı isə olduqca qısadır. Biliksiz həyat – həyat deyil. O adam məharətlidir ki, çox əziyyət çəkmədən elmə yiyələnir. Çox şeyi başqalarından öyrənir, hamının müdrikliyindən və qabiliyyətindən bəhrələnir...
Hər şeyin dalınca qaçma, dərinliyə can at. Əzəmətin mahiyyəti miqdarda yox, keyfiyyətdədir. Hər şeyin əlası az tapılır və nadir olur;  çox olan şeyin qiyməti də aşağı olur. İnsanlar içərisində pəhləvanlar boyu, cırtdanlar ağlı ilə seçilirlər. Bəziləri kitabı qalınlığına görə qiymətləndirirlər, sanki kitab zehnin yox, əllərin işləməsi ücün yazılır. Yalnız birtərəfli inkişaf etməklə orta səviyyədən yuxarı qalxa bilməzsən. Amma universal adamların bədbəxtliyi ondadır ki, çox şeyi bilməyə can atırlar və heç nəyi axıra kimi tam bilmirlər. Yalnız dərinlik həqiqi, yüksək materiyada fövqəladə üstünlüklər verir.
Ya özün bil, ya da bilənlərə qulaq as! Ağılsız yaşamaq mümkün deyil, ya özünün ya da başqalarının ağlından istifadə etməlisən. Çoxları bilmirlər ki, nəyi bilmirlər, digərləri bilmədikləri halda elə fikirləşirlər ki, bilirlər. Cahil adamlar özlərini dərk etmədiklərindən onlara lazım olan və çatışmayan şeyləri axtarmırlar və buna görə də öz səfehliklərindən irəli gələn nöqsan və qüsurları aradan qaldıra bilmirlər. Bəziləri özlərini alim saymasaydılar, doğrudan da alim ola bilərdilər. Belələri özlərindən çox razıdırlar və özlərinə arxayın olub heç kimə qulaq asmırlar.  Məsləhət almaqdan çəkinmə, bu, sənin nə əzəmətini azaldar, nə də ağlın ücün eyib sayılar. Məhz məsləhətə qulaq asmaq bacarığı ağlın olmasına dəlalət edir.


GÖRKƏMLİ  ŞƏXSLƏRİN  RİYAZİYYAT  HAQQINDA  FİKİRLƏRİ

         Elm ancaq  riyaziyyatdan  istifadə edə bildikcə kamilləşir” (K.Marks)

          “O elmin ki  riyaziyyatla əlaqəsi  yoxdur və oraya riyazi elmlərdən  biri tətbiq edilmir, onda o elmdə heç bir yəqinlik hasil edilə bilməz” (Leonardo Da Vinçi).

          “Riyaziyyatın  da özünə  məxsus  estetikası vardır” (A.Kolmoqorov)

          “Həndəsədə olduğu kimi, poeziyada  da  ilham lazımdır” (A.S.Puşkin)

          “Uçuş riyaziyyat deməkdir” (V.P. Çkalov)

          “Təbiətin  ən böyük kitabı  riyaziyyat  işarələri  ilə yazılmışdır” (Q.Qaliley)

          “Riyaziyyatı öna görə öyrənmək lazımdır ki, o, zehni qaydaya salır" (M.V.Lomonosov)

          “Riyaziyyat elmlərin şahı, hesab isə riyaziyyatın tacıdır” (K.F.Qaus)

          “Kimya fizikanın sağ əli, riyaziyyat isə onun görən gözləridir” (M.V.Lomonosov)

          “Müəyyən  dairədə şair olmayan  riyaziyyatçı  heç bir  vaxt  əsl  riyaziyyatçı  ola bilməz” (K.Veyerştrass)

          “Heç bir  bəşər tədqiqatı riyazi isbatdan keçmədən həqiqət adlandırıla bilməz” (Leonardo  Da Vinçi)

          “Riyaziyyatsız qaranlıq, şübhəli və düzgün  olmayan şeyləri riyaziyyat aydın, düzgün və  aşkar etdi” (M.V.Lomonosov)

          “Tez və ya gec hər bir düzgün  riyazi ideya  bu və ya  digər  işdə  öz tətbiqini  tapır” (A.N.Krılov)

          “Riyaziyyatın varlıq  qüdrəti  onun  sahələrinin  qırılmaz  birliyindədir” (D.Hilbert)

          “Riyaziyyat fənni o qədər ciddidir ki, onu bir qədər əyləncəli etmək  imkanından  istifadə  etmək faydalı  olar” (B.Paskal)

          “Riyazi həqiqətlər əbədidir” (F.M.Volter)

          “Elm yalnız  ona riyaziyyat  daxil  olduğuna  görə  elmdir” (İ.Kant)

          “Həyat  yalnız  iki  şeylə gözəldir: riyaziyyata yiyələnmək və  riyaziyyatı öyrənmək”(S.D.Puasson)

          “Riyaziyyatın inkişaf  etdirilməsi  və  təkmilləşdirilməsi  dövlətin  tərəqqisi ilə sıx bağlıdır” (Napoleon Bonapart)